"Qalatasaray" rəhbərliyi Okan Burukla bağlı qərar verdi - RƏSMİ
"Qalatasaray" rəhbərliyi klubla müqaviləsi başa çatan Okan Burukla bağlı qərar verib.
Mediasport.az xəbər verir ki, İstanbul təmsilçisi 50 yaşlı mütəxəssislə yola davam edəcək.
Yeni anlaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Burukun ilk ildə maaşı 110 milyon TL, növbəti mövsümdə 140 milyon TL olacaq.
Mütəxəssis "aslanlar"a 2022-ci ilin yayından rəhbərlik edir və komanda son iki ildə Türkiyə çempionu olub.