Braziliya yığmasının hücumçusu Madridi tərk etdi - RƏSMİ

Braziliya yığmasının hücumçusu Madridi tərk etdi - RƏSMİ

Braziliya millisi və Madrid "Atletiko"sunun hücumçusu Mateuş Kunya karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

mediasport.az xəbər verir ki, 23 yaşlı forvard "Vulverhempton"a transfer edilib.

"Canavarlar" cənubi amerikalını mövsümün sonuna qədər icarəyə götürüblər. Etimadı doğrultsa, 5 illik müqavilə bağlanacaq.

Kunya cari mövsüm La Liqada 11 oyun keçirib, qol vura bilməyib.