"Qarabağ" əfsanəsinin heykəli stadionun qarşısında qoyulacaq

"Qarabağ" əfsanəsinin heykəli stadionun qarşısında qoyulacaq

1992-ci ildə 1003 Xocalı əsirini xilas edən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun heykəlinin Ağdamda harda qoyulacağı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bu barədə açıqlamasında Millət Vəkili Aqil Abbas məlumat paylaşıb.

Deputat deyib ki, əfsanəvi komandirin heykəli Ağdamın Əhmədavar kəndində inşa ediləcək "Qarabağ" futbol klubunun yeni stadionunun qarşısında qoyulacaq.

Sənət əsərini heykəltaraş Elxan Zeynalov hazırlayıb.

Qeyd edək ki, Allahverdi Bağırov Ağdam klubunun futbolçusu, kapitanı və baş məşqçisi olub.