Banişevskinin oynadığı azərbaycanlı iş adamının klubu 1-ci liqaya çıxdı
Futbol üzrə Ukrayna 2-ci liqasında 2022/2023-cü illər mövsümü başa çatıb.
mediasport.az xəbər verir ki, Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin nəvəsi Əli Banişevskinin formasını geyindiyi “Niva Buzovaya” çempionatın qızıl medallarını qazanıb.
Kiyev vilayətini təmsil edən kollektiv çempionluğu 42 xalla bayram edib. Prezidenti Azərbaycan əsill ukraynalı iş adamı Oqtay Əfəndiyev olan klub növbəti mövsüm 1-ci liqada yarışacaq.
Fotoda əfsanəvi Banişevskinin nəvəsi Əli Banişevski