Dünya Kubokun rəng qatan qeyri-adi azarkeşlər - FOTOSESSİYA

Dünya Kubokun rəng qatan qeyri-adi azarkeşlər - FOTOSESSİYA

Dekabrın 18-də tarixə qovuşan Dünya Kuboku azı növbəti mundiala qədər danışılacaq, müzakirə olunacaq.

Hər mənada qeyri-adiliyi ilə yadda qalan 22-ci dünya birinciliyi, güman ki, ev sahibi Qətərin də tarixində özünəməxsus yer tutacaq.

Bir də bu yarışa rəng qatan, ekzotik çalarlar gətirən futbolun əsas siması - azarkeşləri təkrar yada salaq. Axı onlarsız futbol futbol sayılmır...

Təxminən 30 gün ərzində qeyri-adi formada ölkələrini dəstəkləyən çılğın fanatlar Qətərə dünyanın dörd bir tərəfindən təşrif buyurmuşdular. Nədən? Çünki futbol bir oyun deyil.

Oyundan çox artıq olmasından irəli gəlir ki, uşağı, cavanı, yaşlısı, xəstəsi - hər kəs bu idman növünü sevir, onun ətrafında birləşir, dostlaşır, qardaşlaşır. Odur ki, bu qardaşlıq-dostluq-gözəllik mənzərəsinə bir daha qiyabən tamaşa etmək yerinə düşər.

mediasport.az