Üstünə qapı dirəyi aşan 8 yaşlı türk futbolçu vəfat etdi
Türkiyənin "Rizespor" klubunun akademiyasında çıxış edən İgid Dəmirəl bədbəxt hadisənin qurbanı olub.
mediasport.az I Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, üstünə qapı dirəyi aşan 8 yaşlı futbolçu vəfat edib.
2 gündür xəstəxananın reanimasiya bölməsində müalicə alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.