Azərbaycanlı futbolçudan ŞOK AÇIQLAMA: "Kazinoda hardasa 3 milyon dollar uduzmuşam"

Azərbaycanlı futbolçudan ŞOK AÇIQLAMA: "Kazinoda hardasa 3 milyon dollar uduzmuşam"

Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev indiyə qədər kazinoda nə qədər uduzdması haq danışıb.

Mediasport.az xəbər verir ki, “sport24.ua” portalına danışan Azərbaycan əsilli veteranın açıqlaması maraq doğurub.

"Kazinoda nə qədər pul itirmişəm? Hardasa, 2,5-3 milyon dollar uduzmuşam. Kiyevdə bir gecədə 110 min dollar itirmişdim. Bu bir asılılıq idi? Bəli. Baxmayaraq ki, mən daha çox slot maşınlarında mərc edirdim. Mənim də qazandığım vaxtlar olub. Ən böyük uduşum hansıdır? Aşağı-yuaxrı 100-130 min dollar arasında uduşum olub”.

Əliyev 2005-2010 və 2011-2013-cü illərdə “Dinamo”da (Kiyev) oynayıb. O, "Lokomotiv" və "Anji" klublarının da formasını geyinib.