"Qarabağ"ın HİK-lə Avropa Liqası oyunu üçün biletləri satışa çıxarılır

"Qarabağ"ın HİK-lə Avropa Liqası oyunu üçün biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - HİK (Finlandiya) oyununun biletləri satışa çıxarılır.

mediasport.az xəbər verir ki, azarkeşlər Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletlərini bu gün saat 14:00-dan etibarən ala bilərlər.

Avqustun 10-u saat 20:00-da keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30 və 75 manat təşkil edir.