"Kəpəz"də pul problemi həll olundu
“Kəpəz”də maaş problemi həll edilib.
mediasport.az idmanxeber.az saytına istinadən xəbər verir ki, AFFA-dan ayrılan vəsait artıq hissə-hissə klubun hesabına yatırılır.
Futbolçuların bəziləri əmək haqqlarını alıb, digərlərinin də maaşlarının qısa vaxtda ödəniləcəyi bildirilir.
Xatırladaq ki, komandanın baş məşqçisi Tərlan Əhmədov iki aydır maaş almadıqlarını açıqlamışdı.