Miroslav Kloze Mahir Emrelini oynatmağa niyə tərəddüd edir?
"Mahirin 6-cı turun "Herta" ilə matçında start heyətində yer alıb-almayacağını hələ bilmirəm. Bu, onun üçün hələ tez ola bilər".
Mediasport.az xəbər verir ki, bu sözləri Almaniya klubu "Nürnberq"in baş məşqçisi Miroslav Kloze deyib.
Almaniya futbolunun əfsanəsi hücumçu Mahir Emrelinin hazırlığını dəyərləndirib. Mütəxəssis milli komandamızın forvardının oynamağa qismən hazır olduğunu söyləyib:
"Əminəm ki, ən azı yarım saat oynaya biləcək. Son vəziyyətə baxıb qərar verəcəyik".
Xatırladaq ki, 2-ci Bundesliqa klubu ilə ötən ay "1+1" illik müqavilə imzalayan 27 yaşlı futbolçu zədəli olduğu üçün yeni klubunda debüt edə bilməyib.