Mahir Emreli bu göstrəcidiə bütün komanda yoldaşlarından öndə oldu
Almaniya mətbuatı 2-ci Bundesliqa təmsilçisi “Nürnberq” futbolçularının mövsümün ilk yarısı üçün bəzi statistik göstəricilərini dərc edib.
Mediasport.az xəbər verir ki, zərbənin gücü və sürəti ilə bağlı məlumatlarda azərbaycanlı hücumçu Mahir Emrelinin də adı qeyd olunub.
Azərbaycan yığmasının forvardının bir oyunda vurduğu zərbə 118,1 km/saat sürətə çatıb - Bu, mövsümün ilk yarısında komandanın futbolçuları arasında ən yüksək göstəricidir.
Xatırladaq ki, komandaya ötən ilin yayında qoşulan Emreli Bundesliqada 4 qol və 1 məhsuldar ötürmə edib.