"Şamaxı" daha bir azərbaycanlını Estoniya klubundan transfer etdi
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi Estoniyanın "Levadiya" klubundan Murad Vəliyevi heyətinə qatıb.
22 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tərəflər razılaşmanı 1 il uzada bilərlər.
Xatırladaq ki, futbolçu müqavilə ilə Estoniyanın digər klubu “Levadiya”ya məxsusdur.
"Şamaxı" daha əvvəl Bolqarıstanın "Arda" klubundan Cəlal Hüseynovu da 6 aylıq icarə ilə sıralarına qatıb.