Milli komandamızın 2025-ci ildə ilk sınağı Sloveniyada baş tutacaq
Atıcılıq üzrə Azərbaycan milli komandasının 2025-ci ildə ilk sınağı üçün heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, komandamız ilin ilk yarışını Sloveniyada keçirəcək.
Təmsilçilərimiz Ruse şəhərində təşkil olunacaq 10 m məsafədən atəşaçma üzrə İSSF Qran-prisində mübarizə aparacaqlar.
Yanvarın 7-12-də baş tutacaq yarışda yığmamızı 5 atıcı təmsil edəcək.
Tapança ilə atəş açanlarımız həm fərdi, həm qarışıq komanda yarışlarına qatılacaqlar.
Xanna Əliyeva ilə Nigar Nəsirova, Ruslan Lunyovla Vladislav Kalmıkov iki növdə dəqiqliklərini yoxlayacaqlar. Ramiz Xəlilovla Üzeyir Tapdıqlı isə tüfənglə fərdi yarışda çıxış edəcək.
Qeyd edək ki, yarış üçün 20 ölkədən 142 snayper sifariş olunub.