Türkiyə mətbuatı Renatdan narazıdır - Yeni hücumçu alınacaq
Türkiyə mətbuatı Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü"nün ön xətt oyunçularının çıxışına yer verib.
Mediasport.az xəbər verir ki, yazıda paytaxt klubunun hücumçularının zəif oynadıqları yer alıb.
Həmçinin, Dadaşovun performansının aşağı səviyyədə olması qeyd edilib:
"Ankara təmsilçisi üçün "tək çempionluq" devizi ilə başlayan mövsüm hələ də ümidləri doğrultmayıb. Komanda 17 matçda 23 qol vurub, 18 top buraxıb. Ən məhsuldar oyunçuları 4 qolla 4 futbolçudur.
Heyətdən kənarlaşdırılan Efkan Bekiroğlu, Riad Bayiç, Renaldo Sefas və Dorin Rotariu. Tolqa Ciğerci və Renat Dadaşov isə hərəyə iki dəfə fərqləniblər. Şübhəsiz ki, onların effektli olmamasına görə komanda yeni hücumçu almağa çalışacaq".
Xatırladaq ki, 25 yaşlı Renatın “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2024-cü il avqustun 8-də Türkiyə klubuna keçib.