Azərbaycanlı hakim növbəti dəfə Çempionlar Liqası matçında
Beynəlxalq voleybol hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.
Mediasport.az xəbər verir ki, ədalət təmsilçisi cari mövsüm üçüncü dəfə Çempionlar Liqasında iş başında olacaq.
O, Türkiyənin “Eczacıbaşı” və Fransanın “Levallua” qadın komandalarının qarşılaşmasında hakimlik edəcək.
Oyun 2025-ci il yanvarın 22-də İstanbulda keçiriləcək.