ÇSKA və "Dinamo"nun sabiq futbolçusu Azərbaycana gəlir
Bir müddət əvvəl “Ximki”dən ayrılan Kirill Pançenko karyerasını Azərbaycanda davam etdirə bilər.
Mediasport.az xəbər verir ki, bu barədə onun atası Viktor Pançenko məlumat verib.
Rusiya mətbuatına danışan Kirilin atası məsələ haqda bunları deyib:
“Kirillin gələcək planları oynamaqdır. Xoşbəxtlikdən, sağlamlığı ona imkan verir. İndi biz digər klublarla danışıqlar aparırıq, lakin bu, hələ bir az sirr kimi qalıb. Biz qonşu ölkələrə: Azərbaycan, Qazaxıstan və Özbəkistana getməyi istisna etmirik. Başqa variantlar da var, ona görə də düzgün qərar vermək üçün hər şeyi ölçüb-biçmək və Kirilllə müzakirə etmək lazımdır”.
35 yaşlı forvard “Dinamo”(Stavropol), “Nijniy Novqorod”, “Mordoviya”, “Tom”, ÇSKA (Moskva), “Dinamo” (Moskva), “Tambov”, “Arsenal”(Tula) komandalarında oynayıb.
O, 2016-cı ildə Rusiya millisinin heyətində bir oyun keçirib.