"Qarabağ" - "Rakuv" qarşılaşmasına satılmış biletlərin sayı açıqlandı

"Qarabağ" - "Rakuv" qarşılaşmasına satılmış biletlərin sayı açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Rakuv"la cavab qarşılaşması üçün satılan biletlərin sayı açıqlanıb.

Klubdan "MediaSport"a verilən məlumata görə, bu günə 15 min 500 bilet satılıb.

Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Satış məntəqələri:

İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu.