"Qarabağ" yenidən macarlara qarşı

"Qarabağ" yenidən macarlara qarşı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama matçı çərçivəsində "Ferensvaroş"la qarşılaşacaq.

MediaSport.az xəbər verir ki, Ağdam təmsilçisinin Macarıstan klubu ilə görüşü Bakı vaxtilə saat 20:00-da başlanacaq.

Xatırladaq ki, bu komandalar ötən mövsüm UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üz gəliblər. Bakıda qeydə alınan 1:1 hesablı nəticənin ardından Macarıstanda keçirilmiş dueldə Qurban Qurbanovun komandası inamlı qələbə qazanaraq mərhələ adlamışdı - 3:1.