"Sumqayıt" braziliyalının ardından yaponiyalı futbolçu transfer etdi
"Sumqayıt" dövrələrarası fasilədə növbəti transferini edib.
mediasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son klubu Latviyanın "Valmiera" komandası olmuş yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə 1.5 illik müqavilə imzalayıb.
Ötən mövsüm Latviya çempionu adını qazanmış 24 yaşlı asiyalı 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Konfrans Liqasında keçirdiyi 2 matçda da bir dəfə fərqlənib.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv bir neçə gün əvvəl tarixində ilk dəfə braziliyalı - vinger Dieqo Kariokanı heyətinə qatıb.