"Qarabağ" və "Sabah" cərimələnib
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda Premyer Liqanın 3 klubu cərimələnib.
21-ci turun “Səbail” – “Qarabağ” (1:2) oyununda 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimələnib.
Qarşılaşmanın 66-cı dəqiqəsində qırmızı vərəqə alan ağdamlıların kapitanı Maksim Medvedevə 1 matçlıq cəza verilib. Bu, “Qarabağ”ın daha 500 manat cərimə olunması ilə nəticələnib.
“Sabah” – “Turan Tovuz” (1:1) görüşündən sonra meydana kənar şəxslərin daxil olması Masazır təmsilçisini 800 manat ziyana salıb.
Tovuz klubunun azarkeşlərinin oturduqları sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərərin qonaqlar tərəfindən qarşılanması qərara alınıb.