"Neftçi"nin futbolçusu dubl etdi, milli komandası C Liqasına düşdü

"Neftçi"nin futbolçusu dubl etdi, milli komandası C Liqasına düşdü

"Neftçi"nin futbolçusu Kilan Lebon Sent Martin millisinin heyətində növbəti matçını keçirib.

Mediasport.az xəbər verir ki, 27 yaşlı vinger KONKAKAF Millətlər Liqasında B Divizionunun 6-cı turu çərçivəsində Qrenada səfərində 95 dəqiqə oynayıb.

Komandasının qələbəsində pay sahibi olan "ağ-qaralar"ın üzvü qarşılaşmada sona 3 dəqiqə qalmış dubl edib və görüşün ən yaxşı oyunçusu seçilib - 3:0.

Lakin ümumilikdə Lebonun komandası B Divizionunda yerini qoruya bilməyərək 6 xalla qrup sonuncusu kimi C Liqasına düşüb.