"Zirə" millinin hücumçusunu transfer edib - 1,5 illik ANLAŞMA
Hücum xəttində çətinliklər çəkən “Zirə“ problemi həll etmək istiqamətində addım atıb.
8 oyundur Premyer Liqada qələbə qazana bilməyən Rəşad Sadıqovun komandası heyətini köhnə tanış Davit Volkovla gücləndirib.
2020-2022-ci illərdə "qartallar"ın formasını geyinmiş gürcüstanlı forvard "Sabah"dan ayrılıb.
O, Masazır təmsilçisi ilə yayda başa çatacaq sözləşməsini qarşılıqlı razılıq əsasında pozub.
29 yaşlı futbolçi ilə 1,5 illik müqavilə bağlanacaq.
Qeyd edək ki, "Zirə" qış transfer dönəmində Ceyhun Nuriyev və Rafael Utziqi transfer edib.
Volkov 2021-ci ildən dəvət aldığı Gürcüstan yığmasında 4 oyun keçirib, 1 qol vurub.
Mediasport.az