"Qarabağ"dan milli komandanın üzvü üçün 300 min manatlıq təklif

"Qarabağ"dan milli komandanın üzvü üçün 300 min manatlıq təklif

Transfer çalışmalarını sürətləndirən "Qarabağ" orta sahəni gücləndirməyə çalışır.

Mediasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi ötən yaydan diqqətdə saxladığı "Qəbələ"nin yarımmüdafiəçisi Emil Səfərovu bu qış heyətinə qatmağı planlaşdırır.

Məlumata görə, ağdamlılar Qurban Qurbanovun bəyəndiyi futbolçunu yanvarda icarəyə götürə və yaxud birbaşa transfer də edə bilərlər. Tərəflərin şifahi razılaşdığı bildirilir.

"Köhlən atlar" birbaşa keçid üçün şimallılara 300 min manat təzminat ödəməyə hazırdır.

21 yaşlı futbolçunun "Qəbələ" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.