"Qəbələ" 2-ci transferi rəsmiləşdirdi
2023/2024-cü illər mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.
MediaSport.az xəbər verir ki, bölgə təmsilçisi "Sabah"dan ayrılan Zurab Oçiqava ilə müqavilə bağlayıb.
28 yaşlı müdafiəçi ilə 2 illik anlaşmaya qol çəkilib. Ukraynalı Azərbaycan Premyer Liqasının son üç mövsümündə 34 oyun keçirib, 2 qol vurub.
Oçiqava karyerası ərzində Ukraynada "Mariupol", Kiyev "Dinamo"su, "Olimpik", "Dnepr-1", "Vorskla" və Estoniyada "Levadiya"nın da şərəfini qoruyub. O, ölkəsinin U-20 və U-21 milli komandalarında çıxış edib.
Qeyd edək ki, heyətin bir çox futbolçusu ilə vidalaşan “qırmızı-qaralar” bunadək "Kəpəz"dən Ahmed Ayzayanı transfer ediblər.