"Qarabağ"ın "Ayaks"la matçına satılmış biletlərin sayı açıqlandı

"Qarabağ"ın "Ayaks"la matçına satılmış biletlərin sayı açıqlandı

"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsinin "Ayaks"la (Niderland) 3-cü tur görüşünə bilet satışı davam edir.

Ağdam klubundan Mediasport.az saytına verilən məlumata görə, matça 3 gün qalmasına baxmayaraq, artıq 20 mindən çox bilet satılıb.

Bilet satışı davam edir. Azarkeşlər biletləri "iTicket.az" saytından onlayn qaydada əldə edə bilərlər.

Görüş oktyabrın 24-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlanacaq.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.