"Qəbələ"nin kapitanı Premyer Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

"Qəbələ"nin kapitanı Premyer Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” ilk transferini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, Naxçıvan təmsilçisi 1-ci Liqaya düşən "Qəbələ"nin kapitanı Urfan Abbasovla müqavilə bağlayıb.

31 yaşlı müdafiəçi ilə anlaşmanın müddəti 1 illikdir.

Karyerası ərzində “Qəbələ” və “Səbail” klublarının formasını geyinən Abbasov Azərbaycan milli komandasının da heyətinə cəlb olunub.