"Qarabağ"ı gözləyən skandinavlar mərhələni darmadağınla keçiblər

"Qarabağ"ı gözləyən skandinavlar mərhələni darmadağınla keçiblər

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Hekken” İsveç Kubokunda təsnifat mərhələsinin oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Göteborq təmsilçisi səfərdə "Yonsereds"lə qarşılıb.

Per-Matias Höqmonun rəhbərlik etdiyi kollektiv böyükhesablı qələbəyə sevinib - 4:1.

Darmadağınla növbəti mərhələyə keçən isveçlilərin AL-in qrupunda növbəti matçı doğma meydanda Azərbaycan çempionuna qarşı olacaq.

Görüş oktyabrın 5-də baş tutacaq. Komandalar arasındakı ikinci qarşılaşma dekabrın 14-də Bakıda oynanılacaq.