Premyer Liqamızın yaponiyalısı: "Daha birlikdə olmayacağıq"

Premyer Liqamızın yaponiyalısı: "Daha birlikdə olmayacağıq"

"Sumqayıt"ın yeni transferi Masaki Murata instaqram hesabında paylaşım edib.

mediasport.az xəbər verir ki, 23 yaşlı yapon futbolçu yeni ayrıldığı "Valmiera"da (Latviya) komanda yoldaşı olmuş Daysuke Yokotaya təşəkkür edib.

Asiyalı həmyerlisi haqda bunları yazıb: "Geridə qalan 11 il üçün təşəkkürlər. Biz bütün vaxtımızı birlikdə keçirdik. Ola bilsin ki, daha birlikdə olmayacağıq. Bir saniyə belə, peşman deyiləm, hamısı gözəl xatirələrdir. Gələcəkdə sənə uğurlar arzu edirəm. Yenidən meydanda üz-üzə gələcəyik".

Masaki son mövsüm Yokota ilə birlikdə “Valmiera”da Latviya çempionluğunu yaşayıb. "Sumqayıt" Murata ilə 1,5 illik müqavilə imzalayıb.