Azərbaycan Premyer Liqasında mövsümə darmadağınla start verildi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünə start verilib.
mediasport.az xəbər verir ki, çempionatın açılış oyunu Bakıda keçirilib.
Liqanın debütantı "Araz-Naxçıvan" stadionunda təmir getdiyi üçün evsahibliyini Mərdəkanda edib və siftəsi uğursuz alınıb.
İlk turun "Səbail" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları sabah, "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" görüşləri isə avqustun 6-da baş tutacaq.
Azərbaycan Premyer Liqası. I tur
"Araz-Naxçıvan" - "Turan Tovuz" 0:3
Qollar: Martin Petkov, 53; 87, Otto Con, 67.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Dalğa Arena”.
Araz-Naxçıvan: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 44. Həzrət İsayev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 30. Otto Con, 79. Martin Petkov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruz Marakvelidze, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.