Alban forvard "Şamaxı"da
"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Mediasport.az xəbər verir ki, bölgə klubu heyətini legioner futbolçu ilə gücləndirib.
Premyer Liqaya geri dönən Şamaxı təmsilçisi "Turan Tovuz"dan ayrılan Belajdi Pusini heyətinə qatıb.
Albaniyalı hücumçu ilə bir illik müqavilə imzalanıb.
26 yaşlı forvard daha əvvəl "Skenderbeu" və "Vlajniya"da da oynayıb.