"Qarabağ"ın futbolçusunun yığması final mərhələsi şanslarını saxlayır
"Qarabağ"ın legioneri Marko Yankoviçin şərəfini qoruduğu Monteneqro millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, səfərdə Serbiya ilə qarşılaşan monteneqrolular 1:3 hesabı ilə uduzublar.
Yankoviç 85 dəqiqə meydanda olub.
Monteneqro 6 oyundan sonra 8 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.