"O, hücum xəttimizi gücləndirə və zənginləşdirə biləcək futbolçudur"

"O, hücum xəttimizi gücləndirə və zənginləşdirə biləcək futbolçudur"

"Dembo Darbo çox yaxşı tanıdığım futbolçudur".

Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk forvardın transferi haqqında danışarkən deyib.

Mütəxəssis qambiyalı hücumçunun "ağ-qaralar" üçün yaxşı transfer olduğunu deyib:

"O, hücum xəttimizi gücləndirə və zənginləşdirə biləcək keyfiyyətlərə malikdir. Çox yaxşı tanıdığım futbolçudur. Biz birlikdə Belarus çempionu olmuşuq. Dembo çoxlu qol vururdu. İnanıram ki, "Neftçi"də də uğurlu çıxışı, qolları ilə yadda qalacaq".

Xatırladaq ki, forvardla iki illik müqavilə imzalanıb.