"Qarabağ"ın rəqibi Bakıya 2:1 hesablı qalibiyyətlə gəlir - VİDEO

"Qarabağ"ın rəqibi Bakıya 2:1 hesablı qalibiyyətlə gəlir - VİDEO

Futbol üzrə Portuqaliya Superliqasında 22-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, UEFA Avropa Liqasının keçid pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Braqa" doğma meydanda "Farense" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Xallarının sayını 43-ə çatdıran Artur Jorjenin komandası 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, portuqaliyalılarla Ağdam klubunun cavab qarşılaşması fevralın 22-də Bakıda baş tutacaq.

Tərəflərin ilk matçını Azərbaycan çempionu qazanıb - 4:2.