Zamiq Əliyev 90 dəqiqə oynadı, klubu ÇL-ə məğlubiyyətlə başladı

Zamiq Əliyev 90 dəqiqə oynadı, klubu ÇL-ə məğlubiyyətlə başladı

Azərbaycanlı futbolçu Zamiq Əliyevin komandası "Eqnatia" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ilk matçına çıxıb.

Mediasport.az xəbər verir ki, Albaniya çempionu bu mərhələdə Bosniya və Herseqovina klubu "Boraç"a uduzub.

Futbolçumuz 90 dəqiqə meydanda olub. 63-cü dəqiqədə sarı vərəqə alan Zamiq əsas vaxta artırılmış dəqiqələrdə əvəzlənib.

Komandalar arasında cavab görüşü bir həftə sonra - iyulun 17-də Tiranada baş tutacaq.

UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyun

"Boraç" (Bosniya və Herseqovina) - "Eqnatia" (Abaniya) 0:1

Qol: Damir Hrelya, 90+6.

Qırmızı vərəqələr: Arbin Zeynulay, 58, Edison Endreka, 90+11 (hər ikisi "Eqnatia")

Baş hakim: Daniel Stefanski (Polşa).