"Neftçi" kubokun "Qarabağ"la cavab oyununa itkilərlə çıxacaq

 "Neftçi" kubokun "Qarabağ"la cavab oyununa itkilərlə çıxacaq

"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Qarabağ"la matça itkilərlə çıxacaq.

Mediasport.az xəbər verir ki, "ağ-qaralar"ın heyətində bərpa prosesi keçən Emil Balayev  və cəzalı Eddi İsrafilov bu matçı buraxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Komandalar arasındakı ilk oyunda Ağdam təmsilçisi 4:0 hesablı qələbə qazanıb.