"Qarabağ"ın pley-off rəqibi səfərdə qələbəni 3 qolla qazanıb - VİDEO

"Qarabağ"ın pley-off rəqibi səfərdə qələbəni 3 qolla qazanıb - VİDEO

UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Braqa" Portuqaliya çempionatının 15-ci turunu qələbə ilə başa vurub.

Mediasport.az xəbər verir ki, Artur Jojrenin komandası səfərdə "Kasa Pia"dan üstün olub - 3:1.

Xal ehtiyatını 32-yə yüksəldən Braqa təmsilçisi turnir cədvəlinin 4-cü pilləsində mövqeyini möhkəmləndirib. Komanda lider "Sportinq"dən 5 xal geri qalır.

Qeyd edək ki, Azərbaycan çempionunun portuqallarla görüşləri fevralın 15-də səfərdə və 22-də Bakıda olacaq.