AFFA-nın xanım əməkdaşı “Srvena Zvezda” – “Yanq Boys” oyununda

AFFA-nın xanım əməkdaşı “Srvena Zvezda” – “Yanq Boys” oyununda

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, federasiya rəsmisi UEFA Gənclər Liqasında iş başında olacaq.

O, oktyabrın 4-də Belqradda keçiriləcək “Srvena Zvezda” – “Yanq Boys” oyununda UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.