AFFA milli komanda üçün Əmrə Belözoğlu ilə danışıqlar aparır
AFFA Azərbaycan milli komandasının baş məşqçi postu üçün Əmrə Belözoğlu ilə danışıqlar aparır.
Mediasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Yazılanlara inansaq, "Ankaragücü" ilə yollarını ayıran 43 yaşlı mütəxəssis AFFA-dan təklif alıb.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Canni de Byazidən boş qalan yığmamızın baş məşqçi "sükanı"na slovakiyalı Vladimir Vayssın da gətiriləcəyi danışılır.