"Qarabağ"ın üzvünü Messinin komanda yoldaşı ilə nə birləşdirir?

"Qarabağ"ın üzvünü Messinin komanda yoldaşı ilə nə birləşdirir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ilin geridə qalan 10 ayında bütün turnirlərdə ən çox qol vuran futbolçuların yeni siyahısını açıqlayıb.

Mediasport.az xəbər verir ki, 56 futbolçudan ibarət sıralamada azı 24 dəfə fərqlənənlər yer alıblar.

Azərbaycandan yalnız bir futbolçu siyahıya düşə bilib. “Qarabağ”ın hücumçusu Olavio Juninyo 24 qolla 51-ci pillədə qərarlaşıb.

Braziliyalı bu qollardan 9-nu Premyer Liqada, 5-ni Azərbaycan Kubokunda, 10-nu isə avrokuboklarda vurub.

Argentinalı dünya çempionu Lautaro Martinesin də hesabında 24 qol var, lakin "İnter"li forvard Juninyodan millidəki top sayına görə irəlidədir.

Reytinqə 46 qolla Viktor Qyökereş (İsveç millisi və "Sportinq", Portuqaliya) başçılıq edir.