Laurentsiu Regekampf: "Bunu bacarsaq, titul üçün şansımız olacaq"

Laurentsiu Regekampf: "Bunu bacarsaq, titul üçün şansımız olacaq"

"Bizi çətin və ağır oyunun gözlədiyini bilirik. Amma yaxşı nəticə qazanmalıyıq, çünki evdə oynayacağıq.

mediasport.az xəbər verir ki, bu sözləri klubun televiziyasına açıqlamasında "Qarabağ"a qarşı keçirəcəkləri Premyer Liqanın 16-cı tur oyunu haqda danışarkən "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Ağdam klubuna 8-ci turda 1:3 hesabı ilə məğlub olduqlarını yada salan 47 yaşlı rumın mütəxəssis komandanın bu görüşə hazır olduğunu bildirib: "Demək olar ki, bütün futbolçular məşq prosesində iştirak edir. Voislav Stankoviç qarşılaşmaya tam hazır olacağına ümid edirəm. Görüşə hazırlıq yaxşı gedir. "Qarabağ"la matç bizə böyük dərs oldu və qarşılaşmadan nəticə çıxartdıq. Oyunun 90 dəqiqə davam etdiyini bilməliyik. Həmin görüşün ilk 45 dəqiqəsində yaxşı oyun sərgiləmişdik. Bütün 90 dəqiqəni eyni oynamaq üçün səviyyəmiz və imkanımız var. "Sabah" və "Qarabağ"la əvvəlki oyunlarda vacib xallar itirmişik. Öz matçlarımıza köklənməliyik. Bunu bacarsaq, titul üçün şansımız olacaq. Çempionat uzun marafondur".

Qarşılaşma dekabrın 2-də "Bakcell Arena"da saat 21:00-da başlanacaq.