Əliyar Ağayev yenidən Superliqa oyununda baş hakimi olacaq
Azərbaycanın futbol üzrə beynəlxalq dərəcəli hakimi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasına dəvət alıb.
Mediasport.az xəbər verir ki, 37 yaşlı FİFA referisi 22-ci turun PAOK - AEK qarşılaşmasında baş hakim olacaq.
Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Yunanıstanlı Aristotelis Diamantopulos dördüncü hakim, Elçin Məsiyev isə VAR hakimi funksiyasını icra edəcək.
Görüş fevralın 11-də keçiriləcək.
Qeyd edək ki, Ağayev son illərdə bir neçə dəfə Yunanıstan çempionatında oyunlar idarə edib.