"Qarabağ" mükafatını aldı - VİDEO

"Qarabağ" mükafatını aldı - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Mediasport.az xəbər verir ki, çempion "Qarabağ"ın mükafatlandırılması 36-cı turun "Araz-Naxçıvan"la görüşündən sonra baş tutub.

"Azərsun Arena"da keçirilən tədbirdə AFFA prezidenti Rövşən Nəcəf, qurumun İcraçı direktoru Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidentinin səlahiyyətlərini yerinə yetirən Elgiz Abbasov iştirak ediblər.