Daha bir israilli Azərbaycan Premyer Liqasında çıxış edəcək - RƏSMİ

Daha bir israilli Azərbaycan Premyer Liqasında çıxış edəcək - RƏSMİ

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

MediaSport.az xəbər verir ki, “dənizçilər” israilli yarımmüdafiəçi Yadin Luqasinin keçidini rəsmiləşdiriblər.

24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, son olaraq ölkəsində "Hapoel"də (Kiryat Şimona) forma geyinib.

Bayıl təmsilçisi ona qədər Nir Bardea, Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Süleyman Əhmədov, Bahadur Həziyev və Amil Yunanovu sıralarına cəlb edib.