Qardaşxanlı və Əliyev 1/8 finalda, Mirzəyev və Poladov isə uduzub

Qardaşxanlı və Əliyev 1/8 finalda, Mirzəyev və Poladov isə uduzub

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin ikinci günündə Azərbaycanın dörd idmançısı mübarizə aparıb.

Mediasport.az xəbər verir ki, qadınların mübarizəsində Aytac Qardaşxanlı (63 kq) ilk mərhələdə Skay Knesteri (CAR) məğlub edib və 1/8 finala yüksəlib.

Kişilərin yarışında Nəriman Mirzəyev 1/16 finalda ilk rəqibi Yehonatan Elbaza (İsrail) uduzub. İbrahim Əliyev Bruno Bermeonu (Ekvador) məğlub edib. O, 1/8 finalda Orlando Kazorla (Fransa) ilə qarşılaşacaq.

Zaməddin Poladov (81 kq) ilk mərhələdə Mixailo Svidrakla (Ukrayna) bacarmayıb.