Qələndərzadə və Əlizadə uduzdu
Tacikistanda cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Düşənbədə keçirilən yarışın ikinci yarış günündə Azərbaycanın iki idmançısı tatami üzərinə çıxıb.
Gənclər arasında hazırkı dünya çempionu Vüsal Qələndərzadə (73 kq) mübarizəyə ikinci mərhələdən başlayıb. O, 1/16 finalda Anton Duboviki (IJF) məğlub etsə də, Yusuke Takeiçiyə (Yaponiya) uduzub.
Fidan Əlizadə (57 kq) Nino Tsiklauri (Gürcüstan), Aleksandra Kana (Tacikistan) üzərində qələbə qazanıb. 1/4 finalda Karolina Senniçkaya (Polşa) uduzduğu üçün təsəlliverici görüşə qatılıb. Fidan burada braziliyalı Bianka Reislə bacarmayıb və turnirlə vidalaşıb.
İlk gündən sonra komandamızın hesabında medal yoxdur. Nizami İmranovla (60 kq) Aydan Vəliyeva (52 kq) bürünc medal uğrunda görüşdə məğlub olublar.