Hidayət Heydərovla Zelim Tçkayev qızıl medal qazanıb, 8 cüdoçu medalsız qalıb - Böyük Dəbilqə

Hidayət Heydərovla Zelim Tçkayev qızıl medal qazanıb, 8 cüdoçu medalsız qalıb - Böyük Dəbilqə

Azərbaycanın daha iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

Mediasport.az xəbər verir ki, 73 kq-da mübarizə aparan Hidayət Heydərov və 81 kq-da yarışan Zelim Tçkayev bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb.

Bu gün mübarizəyə qoşulan digər 8 idmançımız - Telman Vəliyev, Nurlan Osmanov, Rəşid Məmmədəliyev (hər üçü 73 kq), Məmmədrza Hacızadə, Elcan Şəfiyev, Məhərrəm İmamverdiyev (hər üçü 81 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq) yarışı medalsız başa vurub.

Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medala yiyələniblər.