Türkiyə klubunun prezidenti Şeydayevin keçidini TƏSDİQLƏDİ
Tailandın "Buriram Yunayted" klubunun hücümçusu Ramil Şeydayevin Türkiyənin "Kocaelispor" klubu ilə anlaşdığını dünən yazmışdıq.
Mediasport.az xəbər verir ki, transferlə bağlı danşan 1-ci Liqa klubunun prezidenti Engin Koyun 28 yaşlı futbolçu ilə anlaşdıqlarını təsdiqləyib.
"Şeydayevlə razılaşdıq. Klubu "Buriram Yunayted"lə müqaviləsini ləğv edəcək və sabah bizimlə olacaq. Razılaşma müddəti 1,5 ildir".
Qeyd edək ki, Azərbaycan millisinin forvardı Tailand təmsilçisi ilə ötən yay müqavilə bağlayıb.
“Kocaelispor” 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.