Urfan Abbasov 300-ə çatdı
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 6-cı turunda "Kəpəz"i məğlub edib (1:0).
Mediasport.az xəbər verir ki, həmin görüş Azərbaycan çempionatlarında 300-cü oyununu keçirən Urfan Abbasov üçün əlamətdar olub.
O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb.
Premyer Liqada 2011/12 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib. O, "Qəbələ"də 248, "Səbail"də 47, "Araz-Naxçıvan"da 5 dəfə şans qazanıb.
300 matçda 7 qola imza atan Urfan Qəbələ təmsilçisində 5, paytaxt klubunda 2 dəfə fərqlənib.