Milli komandamız Rustavidə 2-ci yoxlama matçında da məğlub oldu

Milli komandamız Rustavidə 2-ci yoxlama matçında da məğlub oldu

Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Gürcüstanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, U-17 növbəti dəfə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyunundan gürcülər 4:0 hesablı qələbəni bayram etmişdilər.