"Neftçi" Almaniyada: 2 qələbə, 4 məğlubiyyət
"Neftçi”nin U-11 komandası Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “VW Wolf Herbst CUP” turnirinə start verib. MediaSport.az xəbər verir ki, "ağ-qaralar" yarışın ilk günündə Almaniya “Vuppertaler”inə 4:1 qalib gəlsə də, digər oyunlarda məğlub olub.
Müvafiq olaraq Almaniyanın “Ratingen” (0:2), “Hannover” (1:2) və Belçikanın “Eupen” (2:6) klublarına məğlub olan Mahmud Əhmədovun yetirmələri “C” qrupunda 5 komanda arasında 4-cü yeri tutub.
U-11 aktivindəki 1 qələbə ilə 6 komandalı 4-cü qrupda mübarizə aparmaq hüququ qazanıb. Təmsilçimiz burada keçirdiyi iki görüşün 1-də qələbə qazanıb. “Hamburq”a 0:3 hesabı ilə uduzublar, “Paderborn”dan üstün olublar - 2:1.
“Neftçi” qrupun digər oyunları çərçivəsində bu gün “Hessen Kessel”, “Ayntraxt Dortmund” və “Ratingen” klubları ilə qarşılaşacaq.